Dünyanın ən yaxşı pulu (FOTO)

26 Aprel, 2017 10:37 | İqtisadiyyat | Baxış sayı: 203
Frank
Frank

Əskinaslar səsvermə ilə seçilib

2016-cı ilin ən yaxşı pul əskinasının adı açıqlanıb. İstiPress-in "Regnum"a istinadla verdiyi məlumata görə, bu İsveç pulu - 50 frank dəyərində olan əskinasdır.

"Dünyanın ən yaxşı əskinası"nı Beynəlxalq Əsnikas Birliyi (International Bank Note Society- IBNS) seçib. 

Seçim birlik üzvlərinin səsverməsi yolu ilə baş tutub. Onlar təsviri dəyəri və əskinasın müdafiəsini əsas götürüblər. 

IBNS-nin məlumatına görə, ötən il dünyada 120-yə yaxın yeni əskinas hazırlanıb. Onların dizaynı ən yaxşı əskinas adına namizədlər siyahısına düşməyə imkan verirdi. 

Birinci yer uğrunda frankdan əlavə 500 peso (argentina), 1000 rufi (Maldiv adası), eləcə də 5 funt (Şotlandiya) mübarizə aparıb.