Astara-Astara dəmir yolunun açılış vaxtı bilindi

26 Mart, 2018 13:10 | İqtisadiyyat | Baxış sayı: 125
Dəmir yol xətti
Dəmir yol xətti

Açılış bu həftə olacaq

Astara (Azərbaycan)–Astara (İran) dəmir yolu xəttinin açılışı mart ayının 29-da olacaq. İstiPress-in məlumatına görə, bunu İran Dəmir Yolları”nın beynəlxalq daşımalar şöbəsinin rəhbəri Hüseyn Aşuri deyib.

Onun sözlərinə görə, açılış İran prezidenti Həsən Ruhaninin Bakı səfəri zamanı baş tutmalıdır.

"Bundan başqa səfər çərcivəsində Azərbaycanın Rəşt-Astara dəmir yolunun tikintisi üçün ayıracağı 500 milyon dollarlıq kredit müqaviləsinin də imzalanması nəzərdə tutulur". 

Xatırladaq ki, fevralın 8-də Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu marşrutu ilə Rusiya Federasiyasından gələn 6 vaqondan ibarət ilk sınaq yük qatarı İrana yola düşüb. 

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək.