Güclü külək rayonları işıqsız qoydu

26 Fevral, 2020 11:35 | İqtisadiyyat | Baxış sayı: 49
Küləkdən uçmuş dam - ARXİV
Küləkdən uçmuş dam - ARXİV

Bəzi regionlarda eneji təsərrüfatına ciddi ziyan dəyib

"Bakı" Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə elektrik enerjisinin verilişində heç bir problem yoxdur. Amma güclü külək regionların eneji təsərrüfatına ciddi ziyan vurub". Bu barədə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev açıqlama verib. 

Onun sözlərinə görə, güclü külək evlərin dam örtüklərini və irigövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb:

"Ötən gecə Bərdə rayonunda güclü küləyin təsiri nəticəsində elektrik veriliş xətlərinin birində açılma baş verib. Həmçinin Ağcabədi və Şəki rayonlarında da əsən güclü külək dayaqları aşırıb, qabaqlayıcı tədbirlər nəticəsində qəzaların sayı azalıb, 10 kv-lıq xətlərdə qısaqapanmalar baş verməyib, külək sakitləşdikcə baş vermiş qəzalar operativ aradan qaldırılıb. Hazırda Agcabədi rayonunda 4-5 kəndin elektrik təchizatının təminatı ilə əlaqədar qəzanın neticələri aradan qaldırılır".