Erməni diasporunun Paşinyana qarşı ilk düşmən addımı

26 Fevral, 2019 14:10 | İqtisadiyyat | Baxış sayı: 82
İrəvanda yaşayış binası
İrəvanda yaşayış binası

Eyforiya dalğası ötdü

Erməni diasporunun nümayəndələri Ermənistan banklarına ölkədə öz bizneslərini qurmaq üçün köçürdükləri pulları geri çəkirlər.

İstiPress “panorama.am”a istinadən xəbər verir ki, məlumatı İrəvanda dərc olunan “Jamanak” qəzeti yayıb.

“Eyforiya dalğası ötdü. Adamlar əmin oldu ki, Ermənistanda iqtisadi vəziyyət yaxşılaşmaqdansa, günbəgün pisləşir. Belə şəraitdə isə onlar maliyyə vəsaitlərinə təhlükə hiss edirlər. Diaspor Nazirliyinin bağlanması bəhanədir. Əsl səbəb daha dərindədir. Onlar iqtisadi fəaliyyət üçün sərbəstliyin və məhkəmələrin müstəqil olmamasını başlıca səbəb sayırlar”, - qəzet yazıb.