Alman nəhəngi Rusiyaya qayıdır

26 Fevral, 2019 12:12 | İqtisadiyyat | Baxış sayı: 99
"Opel"
"Opel"

"Push to Pass" strateji planı işə düşür

Dünyanın ən böyük şirkətlərindən biri yenidən Rusiyaya qayıdır. İstiPress-in məlumatına görə, söhbət "Opel"dən gedir.

Almaniyanın "Opel" konserninə sahib olan Fransa avto nəhəngi "Peugeot-Citroen" (PSA Group) adıçəkilən brendin Ruisya ərazisində satışını bərpa edir. 

PSA rəhbəri  Karlos Tavares yeni bazarla yanaşı, köhnəni də geri qaytarmaq niyyətində olduqlarını açıqlayıb. O, deyib ki, Rusiyaya qayıdış qərarı 2019-2021-ci illəri əhatə edəcək "Push to Pass" strateji planının tərkib hissəsidir. 

Şirkət düşünür ki, Rusiya bazarına qayıdış Avrasiya regionunda daha geniş imkanlar açacaq.