Elazıq zəlzələsində 31 nəfər həlak olub, 1607 nəfər yaralanıb
Türkiyənin Elazıq və Malatya vilayətlərində baş vermiş zəlzələ nəticəsində azı 31 nəfər həlak olub, daha 1607 nəfər yaralanıb.
İstiPress "Habertürk"ə istinadən bildirir ki, Türkiyənin Fövqəladə Vəziyyətlər və Təbii Fəlakətlər üzrə İdarəsinin məlumatına görə, 45 nəfər dağıntılar altından xilas edilib.
Günün ən yadda qalan hadisələrindən 2,5 yaşlı Nusra adlı qızın dağıntılar altından çıxarılması olub. Xilasedicilər ilk olaraq qızın anası ilə əlaqə saxıayıblar. O, qızının xilas edilməsini xahiş edib. Zəlzələ baş verməsindən 24 saat sonra körpə Nusra dağıntılar altından çıxarılıb. Ananı isə zəlzələ anından 30 saat sonra çıxarmaq mümkün olub. Nusranın 12 yaşlı qardaşının və atasının isə cəsədləri yer altından çıxarılıb.