Bu da Atatürklü avro

26 Yanvar, 2019 12:20 | İqtisadiyyat | Baxış sayı: 183
Avro
Avro

Avropa Mərkəzi Bankı yeni avro əskinasları çap edib

Avropa Mərkəzi bankı üzərində Atatürkün əksi olan avro əskinasları hazırlayıb. İstiPress-in məlumatına görə, pullar türk kolleksiyaçılardan birinin səyi ilə çap edilib. Bu pul hazırda istifadə edilən avro ilə eyni özəlliklərdədir. Lakin 0 avro niminalındadır. Puldan tuzim təbliğatı və xatirə məqsədi ilə istifadə ediləcək.

Özgür Honaş adlı kolleksiyaçı bundan sonra da "prezidentlər silsiləsi"ni davam etdirmək niyyətindədir. Üzərində Atatürkün əksi olan pulların dizayneri hollandiyalı Kristian Petermann olub. İlkin mərələdə bu puldan 5 min ədəd çap edilib. 

"Çanaqqala mövzulu da silsilə hazırlamağı düşünürük. Gərəkli icazələri aldıqdan sonra işə başlayacağıq. Amma bu ticarət məqsədi ilə olmayacaq. Əldə edilən gəlir şəhid yaxınlarına veriləcək".