Amerikanın ən bahalısı - 238 milyon FOTO

26 Yanvar, 2019 11:54 | İqtisadiyyat | Baxış sayı: 78
Ken Griffin
Ken Griffin

Milyarder ən bahalı ev rekordunu yeniləyib

ABŞ-ın ən bahalı mənzili satılıb. Milyarder Ken Griffin Nyu Yorkda qiyməti düz 238 milyon dollar olan mənzili alıb. Bununlada ABŞ-da satılan ən bahalı ev rekordu qırılıb. Öncəki rekord 137 milyon dollar idi.

Milyarder milyonlarla dolları meqapolisdəki bir göydələnin mansart mərtəbəsi üçün ödəyib. 

"Wall Street Journal"ın məlumatına görə, Ken Griffin 9,9 milyard dollar sərvəti var. O, dünyanın ən varlıları sırasında 9-cudur. 

Damı belə dodaq uçuqladan göydələnin tikintisi hələ davam edir. 79 mərtəbəli bina Manhettendə yerləşir. Təqribən 2230 kvadrat metr ərazisi olan mənzil alıcısına tamamilə boş formada təhvil veriləcək.