Neft kəskin ucuzlaşdı

25 Dekabr, 2018 14:23 | İqtisadiyyat | Baxış sayı: 118
Neftçi
Neftçi

"Brent" markalı neftin bir barrelinin qiyməti 3,35 dollar ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti kəskin ucuzlaşıb. 

IstiPress-in məlumatına görə, Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti 3,35 dollar ucuzlaşaraq 50,47 dollar olub.

Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barrelinin qiyməti isə 3,06 dollar geriləyərək 42,53 dollara satılıb.