Bakıda bayram bazarları açılır ÜNVAN

25 Dekabr, 2017 11:30 | İqtisadiyyat | Baxış sayı: 141
Yarmarka
Yarmarka

Bayram yarmarkaları dekabrın 31-dək davam edəcək

Bayram münasibəti ilə Bakı və Sumqayıtda ucuz bazarlar açılacaq. Kənd Təsərrüfatı Nazirliyindən İstiPress-ə verilən məlumata görə, Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar Bakı və Sumqayıt şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub. Yarmarkaların 28-31 dekabr tarixlərində fasiləsiz olaraq baş tutuması nəzərdə tutulub. 

Yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunur:

Bakı şəhəri üzrə:

Xətai rayonu:

- Məzahir Rüstəmov  küçəsi, Bakı kinoteatrının yaxınlığı

Nərimanov rayonu:

- Keşlə bazarının ərazisi;

Səbail rayonu:

- Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası

Suraxanı rayonu:

- Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı  Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı

Binəqədi rayonu :

- Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı.

 

Sumqayıt şəhəri üzrə (2 yerdə):

- 12-ci mikrorayon

- köhnə avtovağzalın yanı

Yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunmuş və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.