Nefti bahalaşaraq yeni psixoloji həddə yaxınlaşır

25 Noyabr, 2020 11:58 | İqtisadiyyat | Baxış sayı: 48
Bakıda neft buruğu
Bakıda neft buruğu

Dünya bazarında “qara qızıl”ın qiyməti bahalaşmağa davam edir.

İstiPress-in məlumatına görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 0,94% bahalaşaraq bir barrelə görə 48,31 dollar olub. Sonuncu dəfə "Brent" neftinin qiyməti 48 dollardan yuxarı martın 6-dan qeydə alınıb.

WTI markalı neftin dekabr fyuçerslərinin qiyməti isə 0,78% artaraq bir barrelə görə 45,26 dollara yüksəlib.

Qeyd edək ki, bir sıra mütəxəssislər neft qiymətlərinin 2021-ci ildə əvvəlki səviyyəsinə geri dönəcəyinə dair nikbin proqnozlar veriblər. Mütəxəssislərin fikrincə koronavirus peyvəndi ilə bağlı müsbət inkişaf və OPEC-in istehsal məhdudiyyətini uzatmağa çalışması ilə neft qiymətlərinin 2021-ci ildə yenidən yüksələcəyi gözlənilir.