Lüks markadan 16 milyardlıq addım

25 Noyabr, 2019 13:54 | İqtisadiyyat | Baxış sayı: 73
16 milyardlıq alış-veriş
16 milyardlıq alış-veriş

"Louis Vuitton" "Tiffany"ni aldı

ABŞ-ın zərgərlik bazarına girmək istəyən dünyanın ən lüks prezndlərindən biri olan "Louis Vuitton" 16 milyardlıq razılaşma əldə edib. Brend ən azı özü qədər məşhur olan "Tiffany&Co"yu alıb. 

Fransanın lüks markası "Moët Hennessy –Louis Vuitton SE (LVMH)" zərgərlik malları zənciri "Tiffany & Co" ilə razılıq əldə edib. Şirkətin hissələri üçün 16.2 milyard dollar və ya hər səhm üçün 135 dollar ödənilib. İki şirkət anlaşmanın detalları üçün bazar günü bir araya gəlib. 

350 milyon dollar olan "Tiffany" üçün daha öncə 14.5 milyard təklif edilirdi. Lakin qarşılıqlı görüşmədən sonra bu qiymət 2,7 milyard artırılıb. Lakin tərəflər 16,2 milyardda razılaşıblar.