Dünyanın ən varlı adamına şok - 1 gündə 7 milyard itki

25 Oktyabr, 2019 11:43 | İqtisadiyyat | Baxış sayı: 103
Dollar
Dollar

Buna səbəb "Amazon"un 3-cü rüb nəticələri olub

Dünyanın ən varlı adamı hesab edilən Ceff Bezos bir gündə 7 milyard dollar itirib. "Amazon"nun üçüncü rübdəki nəticələri sərmayəçiləri məyus edib. Nəticədə bu, şirktin səhmlərinin dəyər itirməsinə səbəb olub. 

Şirkətin səhmlərinin itirdiyi dəyər 6,6 faiz həcmindədir. Bu isə "Amazon"nun 57,6 milyon səhminə sahib olan Bezos üçün 6,9 milyard dollar deməkdir. 

Əgər sərmayəçilərin məyusluğu davam edərsə Bezos dünyanın ən varlı adamları siyahısındakı birinciliyini itirməli olacaq. O, birinci pilləni Bill Qeytsə verə bilər. 

Xatırladaq ki, onun sərvətinin 111 milyard dollar olduğu deyilir. "Microsoft"un sahibinin isə 107 milyard dollarlıq var-dövləti var.