Dağ kəndində yeni stansiya

25 Sentyabr, 2020 17:24 | İqtisadiyyat | Baxış sayı: 130
Quba rayonu Rustov kəndi
Quba rayonu Rustov kəndi

Qubanın dağlıq Rustov İƏD-nin ərazisində 35/10 kilovoltluq elektrik stansiyası bu gündən istifadəyə verilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, açılış mərasimində Quba İH başçısı Ziyəddin Əliyev, "Azərişıq" ASC-nin şimal regionu üzrə rəsmiləri iştirak edib.

Quba İH başçısı Ziyəddin Əliyev dağlıq rayon olan Qubada ölkə başçısı İlham Əliyevin sərəncamları ilə yol, qaz layihələrinin uğurla həyata keçirildiyini söyləyərək enerji sahəsində həyata keçirilən bugünki yarım stansiyannın da əhalinin elektrik təminatının yaxşılaşdırılmasına mühüm töhfə verəcəyini deyib.

Quba İh başçısının Rustov İƏD üzrə nümayəndəsi Beyhut Rəhimov, Azərişıq ASC-nin Şimal RETSİ-nin istismar rəisi Taleh Səfərov bu stansiyanın 27 dağlıq kənddə 1200 abonentin enerji təminatının yaxşılaşdırılmasına, kəndlərdə dayanıqlı enerji olmasına şərait yaradacağını qeyd ediblər.