Azərbaycan nefti yenidən ucuzlaşıb

25 Sentyabr, 2020 11:37 | İqtisadiyyat | Baxış sayı: 23
Bakıda neft buruğu
Bakıda neft buruğu

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,93 ABŞ dolları, yaxud 2,19% azalıb.

İstiPress-in məlumatına görə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 41,53 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.