Putinin sevimli dondurması xaricə çıxır

25 Sentyabr, 2019 13:43 | İqtisadiyyat | Baxış sayı: 62
Dondurma alan prezidentlər
Dondurma alan prezidentlər

Rusiya lideri son dəfə Ərdoğana bu dondurmadan almışdı

Rusiya prezidenti Vladimir Putinin qonaqlarına təklif etdiyi dondurma ölkə xaricində də satışa çıxacaq. Rusiya istehsalı olan dondurma Türkiyə də daxil olmaqla bir neçə ölkəyə ixrac ediləcək.

Bu barədə məlumatı Krasnodar qubernatorunun köməkçisi Andrey Korobka bildirib. Onun sözlərinə görə, Vladimir Putin "Korovka iz Korenovki" dondurmasını ölkənin ən dadlı dondurması adlandırmışdı.  İxraca başlamaq üçün Korenovski süd məhsulları zavodu yeni sexini işə salacaq. 

Onun sözlərinə görə, 2024-cü ilə kimi ixracın 3,8 milyard dollara çatdırmağı planlaşdırıblar. 

Xatırladaq ki, son dəfə Vladimir Putin avqust ayında MAKS-2019 sərgisində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı dondurmaya qonaq etmişdi.

Daha öncə isə o ad günün qeyd edən çinli həmkarı Si Cinpinə bir yeşik Rusiya dondurması bağışlamışdı.