İlham Əliyev: "Mən icazə vermədim"

25 Sentyabr, 2019 17:20 | İqtisadiyyat | Baxış sayı: 547
“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı
“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı

Prezident bina tikintisinin əvəzinə salınan parkdan danışıb

"Biz böyük bir ərazini ictimai yerə çevirdik. Çünki bəzi fikirlər var idi ki, burada tikinti aparılsın, binalar tikilsin. Mən icazə vermədim, dedim ki, bura vətəndaşların rahatlığı üçün ictimai zona olmalıdır". 

Bu sözləri bu gün Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında prezident İlham Əliyev deyib.  

O, qeyd edib ki, ərazidəki bu park onun təşəbbüsü ilə bir neçə il bundan əvvəl yaradılıb. "İndi bura gözəl bir istirahət zonasıdır. Bu da parka bitişik olan bir yerdir. Burada gözəl şərait var. Şəhərin mərkəzində yeni gözəl istirahət və nəqliyyat mərkəzi yaradılıb".

Parkda qurulan ən müasir işıqlandırma sistemi gecələr buraya xüsusi gözəllik bəxş edir.