Dünya Bankının rəsmisi Bakıda

25 Sentyabr, 2019 11:31 | İqtisadiyyat | Baxış sayı: 22
Sebastian Molineus
Sebastian Molineus

Molineus iqtisadi bloka daxil olan qurumlarda olacaq

Bu gün Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə yeni regional direktoru Sebastian Molineus Azərbaycana gəlib. Onun səfəri sentyabrın 27-dək davam edəcək.

Məlumata görə, S.Molineus səfər zamanı Azərbaycan İqtisadiyyat, Maliyyə nazirliklərində, Maliyyə Bazarlarına Nəzarət Palatasında və hökumətin iqtisadi blokuna daxil olan digər qurumlarda görüşlər keçirəcək. 

S.Molineus sentyabrın 26-da Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) təşkilatçılığı və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə Bakıda keçiriləcək “Təsirli investisiyalar: institusional investorlar üçün imkanlar və çağırışlar” (Impact Investing: Opportunities and Challenges for institutional investors) adlanan konfransda iştirak edəcək.