Neftdən 4 il sonra bir ilk - rekord vurdu

25 Sentyabr, 2018 08:40 | İqtisadiyyat | Baxış sayı: 171
Neft buruqları
Neft buruqları

OPEK+ ölkələri Trampa "yox" dedi, "qara qızıl"ın qiyməti rekorda doğru gedir

Neftin qiymətində son dörd ilin rekordu qeydə alınıb. İstiPress-in məlumatına görə, "Brent" markalı neftin qiyməti 2014-cü ilin noyabrdından bu yana ilk dəfə olaraq 81 dolları keçib. Bu markadan olan neftin bir bareli birjalarda 3,4% bahalaşaraq 81,43 dollara çatıb.

Bahalaşma WTI markalı neftdə də qeydə alınıb. "Qara qızıl"  indi 1,14% bahalaşaraq 71,89 dollara təklif edilir.

"Qara qızıl"ın qiymətindəki bu artıma OPEK+ ölkələrinin Əlcəzairdəki iclası səbəb olub. Təşkilata üzv olan ölkə nümayəndələri neft qiymətinin azalması üçün hasilatı artırmaq barədə Donald Trampın təklifindən imtina ediblər. 

Xatırladaq ki, ekspertlər birjalarda xam neftin qiyməti 100 dollar/barrelə  kimi çata biləcəyini proqnozlaşdırırlar. çata bilər. Bu proqnozla Asiya-Sakit Okean Neft konfransında iştirakı zamanı “Mercuria” əmtəə ticarət şirkətinin rəhbəri Daniel Jaeggi çıxış edib. O bildirib ki, ABŞ-ın İrana qarşı tətbiq edəcəyi sanksiyaların öz təsirini hiss etdirməyə başlaması ilə neftin bir barrelinin qiyməti bu ilin sonunda və ya 2019-cu ilin əvvəlində 100 dollara çata bilər.

Ehtimallara görə, ABŞ-ın sanksiyaları ilə əlaqədar bu ilin dördüncü rübündə bazarda gündəlik 2 milyon barrelədək kəsir yaracaq. Hazırda bazarda sutkada 2 milyon barrelədək boşluğu kompensasiya edəcək təchizatçı yoxdur.

ABŞ-ın İranın əsasən neft ixracını hədəf alan ikinci sanksiya paketi noyabrın 5-də qüvvəyə minəcək.