Azərbaycanlı milyonçu Rusiyada kosmodrom tikməkdən imtina etdi

25 İyul, 2019 13:22 | İqtisadiyyat | Baxış sayı: 133
Araz Ağalarov
Araz Ağalarov

Tikinti üçün ayrılan vəsat onu razı salmayıb

Azərbaycanlı iş adamı Araz Ağalarov Rusiyada kosmodrom tikməktən imtina edib. Onun sahib olduğu "Crocus Group" daha öncə "Bostoçnıy" stansiyasının inşaası üçün namizədlər sırasında idi. İstiPress-in məlumatına görə, iş adamı "The Bell"ə müsahibəsində layihədən imtina etdiyini açıqlayıb.  Öz imtinasını o,  inşaat üçün ayrılan vəsaitin işləri uğurla yekunlaşdırmaq üçün yetərsiz olması ilə izah edib.

Xatırladaq ki, bu ilin aprelində baş nazirin müavini Yuriy Borisov "Crocus Group"un kosmodromun inşaasında tərəf ola biləcəyini açıqlamışdı. Ağalarov da əgər hökumətdən buna yetərli olacaq vəsaiti ala bilərsə şirkətinin tikintini yekunlaşdıra biləcəyini qeyd etmişdi. 

"Dedim ki, hazırıq. Amma bu pula yox. Məndən soruşanda dedim ki, iki xəbərim var. Birincisi - ikinci növbədə kosmodromu iki ilə tikmək mümkündür. İkincisi -  nəzərdə tutulan pulla yox. Əgər dəyərini artırsaq iki ilə hər şey alınacaq. Əgər cavab "yox"dursa onda inciməyin". 

Onun sözlərinə görə, tikintidən iş adamları Gennadiy Timçenko və Arkadiy Rotenberq də imtina edib.

"Əgər prezident Vladimir Putin xahiş edərsə "Vostoçnıy"ı dövlətin ayırdığı pulla tikiə bilərsinizmi?" sualına cavabında isə iş adamı deyib ki, bilər. "Ancaq xəbərdarlıq edərdim ki, bu "Crocus"unmüflisləşməsinə gətirib çıxaracaq. Amma o belə şeyi təklif etməz. Özü şəxsən hazırki smeta ilə heç kimin işləmək istəmədiyini deyib".