İlham Əliyev “Azərbaycan” İES-i istifadəyə açdı

25 İyun, 2020 12:04 | İqtisadiyyat | Baxış sayı: 75

“Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra iyunun 25-də istifadəyə verilib.

İstiPress-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlətimizin başçısına stansiyada yaradılan şərait barədə məlumat verilib.