Neft yenə 70 dollar oldu

25 May, 2019 12:27 | İqtisadiyyat | Baxış sayı: 33
Neft
Neft

"Qara qızıl" cüzi bahalaşıb

Dünya birjalarında neftin qiyməti bahalaşır. Lndonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,93 dollar artaraq 68,69 dollara çatıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,72 dollar bahalaşaraq 58,63 dollar təşkil edib.

Azərbaycan neftinin qiyməti cüzi bahalaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,05 dollar artaraq 70,95 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.