Ruslar ermənilərin arzusunu gözündə qoydu

25 May, 2018 11:38 | İqtisadiyyat | Baxış sayı: 380
Dəmir yolu
Dəmir yolu

Blokada davam edəcək

Rusiya və Gürcüstan yenə Ermənistanı heçnəsiz qoydu. İrəvanda Gürcüstanın baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze ilə  Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin arasındakı Praqa görüşündən çox ümidli idilər. Ermənilər iki ölkə rəsmilərinin gürcü ərazisindən Ermənistana əsas magistralın çəkilişi məsələsini həll edəcəklərini gözləyirdilər. Ermənistanı Rusiya ilə birləşdirəcək bu dəmiryolu xətti erməni iqtisadiyyatı üçün hava su kimi lazım idi.

Lakin Praqadan gələn cavab onların ümidlərini puç edib - bu məsələ iki ölkə nümayəndəsi arasında hətta müzakirə belə edilməyib.

Xatırladaq ki, bundan öncə də İran öz ərazisindən keçməklə dəmiryolunun inşaası təklifinə rədd cavabı vermişdi. Ermənistan nəqliyyat blokadasında qalmağa davam edir. Bir yol qalır  - Yuxarı Lars. Amma bu yol da ilin azı 5 ayı güclü qara görə bağlanır. Aviasiya daşımasında isə qiymətlər günü-gündən artır.