Azərbaycana milyonlar axacaq - 5 aylıq rekord qırıldı

25 Aprel, 2019 14:31 | İqtisadiyyat | Baxış sayı: 284
Dollar
Dollar

"Qara qızıl" da iki il ərzində ən böyük həftəlik artım qeydə alınıb

Neftin qiymətində son beş ayın rekordu yenilənib. “Qara qızıl”ın qiymətində 2017-ci ilin noyabrından indiyədək ən böyük həftəlik artım qeydə alınıb. Ötən rübdə isə neftin qiyməti son 10 ilin ən yaxşı rüblük performansını göstərib. Ümumilikdə bu il “qara qızıl”ın qiyməti təxminən 40 faizdən çox artıb.

"Brent” markalı xam neftin bir barrelinin qiyməti 75 dolları ötüb. Hazırda Londonun ICE birjasında neft 75,27 dollara satılır. “Light” markalı xam neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 66,12 dollara təklif edilir. 

Neftin qiyməti ABŞ-ın İrandan neft alan ölkələrə tətbiq etdiyi və mayın 2-də başa çatacaq güzəştin müddətini artırmaması, Birləşmiş Ştatların neft ehtiyatlarının 2017-ci ildən indiyədək maksimum səviyyəyə çatması və qlobal neft bazarındakı qeyri-müəyyənliklər fonunda bahalaşır.

"Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,23 dollar ucuzlaşaraq 76,71 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.