Tramp türkmən qazının Azərbaycandan Avropaya ixracını dəstəklədi

25 Mart, 2019 10:55 | İqtisadiyyat | Baxış sayı: 95
Donald Tramp
Donald Tramp

Bu barədə o Novruz təbrikində bildirib

ABŞ Prezidenti Donald Tramp Xəzərin statusunun müəyyən edilməsi ilə əlaqədar Türkmənistanın Qərbə qaz ixrac etmək imkanından yararlanacağına ümid etdiyini bildirib.

Bu barədə D.Trampın Novruz bayramı münasibətilə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova ünvanladığı təbrik məktubunda deyilir.

"Ümid edirəm ki, Türkmənistan bir müddət əvvəl Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə əlaqədar öz qazını Qərbə ixrac etmək üçün yeni imkanlardan istifadə edə biləcək".

Xatırladaq ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında imzalanıb.