Müllerin araşdırması bitdi: Rusiyanın əli yoxdur

25 Mart, 2019 10:00 | İqtisadiyyat | Baxış sayı: 60
R.Müller
R.Müller

Xüsusi prokuror Moskva ilə Trampın seçki qərargahı arasında sözləşmə olmadığını təsdiqləyib

ABŞ-ın xüsusi prokuroru Robert Müller Moskva ilə Donald Trampın seçki qərargahı arasında sözləşmənin olmadığını təsdiq edib. Rusiya mətbuatının məlumatına görə, bu barədə aparılan araşdırmanın yekun hesabatında qeyd edilib. 

Bu sənəddə öz əksini tapan əsas fikirləri bazar günü eyni zamanda Baş Prokurorluq funksiyasını yerinə yetirən ABŞ-ın Ədliyyə Nazirliyi dərc edib.

Sənəddə bildirilir ki, Trampın seçki kampaniyası iştirakçılarının Rusiya ilə sözləşmə əldə etməsi və ya müdaxilə üzrə hərəkətləri əlaqələndirməsini aşkar edilməyib. 

Lakin o amerikalı liderin ədalətə mane olub olmamağa cəhdi barədə sualaı cavabasız qoyub. Lakin ədniyyə naziri Uilyam Barr və onun birinci müavini Rod Rozenstayn Müller tərəfindən hazırlanan hesabata əsasən blə qənaətə gəliblər ki, prezident tərəfindən cinayət sayıla biləcək hər hansı müdaxilə olmayıb.