Bir gündə 139 milyard dollar itirdilər

25 Fevral, 2020 11:32 | İqtisadiyyat | Baxış sayı: 78
Birja
Birja

Virus dünyanın ən varlı adamlarını da "kasıblaşdırıb"

Dünyanın ən varlı adamları bir gündə 139 milyard dollar kasıblayıblar. Buna səbəb isə ABŞ-ın və başqa ölkələrin fond birjalarında səhmlərin dəyər itirməsi olub. Bu barədə məlumatı "Bloomberg" yayaıb. 

Əsas ziyan dünyanın ən zəngin 500 adamına dəyib. LVMH (Louis Vuitton Moet Hennessy) baş direktoru Bernar Arno və "Amazon"nun sahibi Ceff Bezos hərəyə 4,8 milyard itiriblər. Bu digər biznesmenlərə nisbətən daha çoxdur. Buna baxmayaraq Bezos hələ də dünyanın ən zəngin adamı siyahısına liderlik edir. Arno isə 3-cü pillədəki yerini qoruya bilib.

"Zara"nın qurucusu Amansio Orteqinin sərvəti 4 milyard, "Facebook"un sahibi Mark Zukerberqinki 3,48, "Google" yaradıcılarından biri olan Larri Peyçinki isə 2,7 milyard dollar azalıb. 

Bu siyahıda əslən azərbaycanlı olan Rusiyanın tanınmış iş adamlarından biri  Vahid Ələkbərovun da adı var. "Lukoil"in prezidenti 1,21 miılyard dollar itki ilə üzləşib. 

Qeyd edək ki, birjalardakı durğunluğa səbəb koronavirus təhlükəsinin dünyada geniş vüsət almasıdır.  Virus Çində 3 minə yaxın adamın ölümünə səbəb olub. Xəstəlik 30-dan artıq ölkədə aşkar edilib.