Türkiyəyə pul yağışı - Azərbaycan liderdir

25 Fevral, 2019 13:45 | İqtisadiyyat | Baxış sayı: 168
Dollar
Dollar

Ölkəyə ən çox sərmayə qoyan dövlətlərin adı açıqlanıb

Ötən il Türkiyəyə qoyulan sərmayələrin miqdarı açıqlanıb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, ölkəyə 13 milyard 163 milyon dollarlıq birbaşa yatırım edilib. 

Prezidentin Sərmayə ofisi başçısı Arda Ermutun sözlərinə görə, ən çox sərmayə qoyan iki ölkə olub - Azərbaycan və Hollandiya.

Lakin o bu sərmayələrin daha çox hansı sahələri əhatə etdiyini açıqlamayıb.

Ermut qeyd edib ki, dünyada birbaşa yatırımların  1,5 faizini əldə etmək istəyirlər. Bunun üçün də öncə 18, sonra 20-25 milyardlıq sərmayə qoyuluşuna nail olunmalıdır.