Neftdən 4 illik rekord - 71 dolları keçdi

25 Yanvar, 2018 11:00 | İqtisadiyyat | Baxış sayı: 66
Neftçi
Neftçi

Neftin qiyməti yenidən artmağa başlayıb. "Brent" markalı "qara qızıl"ın qiyməti yenidən 71 dollarlıq həddi keçib. Qiymət 1,5 faiz artaraq bir barel üçün 71,01 dollara çatıb. 

Bu növ neftin qiyməti sonuncu dəfə 2014-cü ilin 3 dekabr tarixində 71 dollardan yuxarı olub.

"Light” markalı xam neftin bir barrelinin qiyməti 2014-cü ildən indiyədək ilk dəfə 66 dolları ötüb. “Light”ın bir barrelinin qiyməti 0,85 faiz artaraq 66,17 dollar olub.