Çörəyimizə bais olanlar kimdir?

25 Yanvar, 2017 15:22 | İqtisadiyyat | Baxış sayı: 299
Çörək
Çörək

Mağazalarda müxtəlif növdə və çəkidə çörək satılır. İstiPress xəbər verir ki, əhalinin böyük bir hissəsinin istifadə etdiyi zavod çörəyinin çəkisində son vaxtlar müəyyən qədər azalma var. Redaksiyamıza göndərilən fotolardan da görünür ki, ötən il qiyməti 0.4 manatdan 0.5 manata qalxan çörəyin çəkisi 700 qram müəyyən olunub. 

Çörəyin çəkisində azalma var 665 qram
Çörəyin çəkisində azalma var 665 qram
Çörəyin çəkisində azalma var
Çörəyin çəkisində azalma var

"Əsas problem ölkəyə gətirilən buğdanın inhisarda olmasıdır"

Çörəyin qiyməti dövlət tərəfindən tənzimlənmir. Azərbaycanada çörəklə bağlı yeni standart qəbul olunmayıb və çəki ilə də bağlı heç bir tənzimlənmə yoxdur. Çörəyin çəkisini istehsalçı özü müəyyən edir və bütün məsuliyyət də sahibkarın boynundadır. Yəni çörəkçilər mağaza sahibləri ilə müəyyən etdikləri bir qiymət olur və buna əsasən də çəki təyin edilir. Ancaq bu kimi hallar sözsüz ki, sahibkarın dövriyyəsinə təsir edir.

Taxıl üzrə ekspert Vahid Məhərrəmov deyir ki, çörəklə bağlı olan qeyri–müəyyən vəziyyət sahibkarın normal işləməsinə həm də istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxarır. Ekspert bu sahədə inhisarçılığın olduğunu deyir.

“Ötən il ölkəyə rekord həcmdə buğda gətirilib. Gətirələn buğdanın idxal dəyəri, dünya bazarında mövcud olan ərzaq buğdasının qiymətindən yüksəkdir. Bu sahə inhisardadır, gətiricilər süni şəkildə qiyməti qaldırır. Bunun nəticəsində un alan sahibkarlar bu məmulatların qiymətində məcburi artıma getməli olur. Əsas problem ölkəyə gətirilən buğdanın inhisarda olmasıdır.”

Çörək vitrini
Çörək vitrini

Bu gün dünyanın bir çox ölkələrində istənilən növdə və çəkidə çörəyə rast gəlmək olar. Standartlaşdırma Metrologiya və Patent Komitəsindən bildirildi ki, Azərbaycanda zavod çörəyinin çəkisi ilə bağlı dövlətlərarası standart var və bu 700 qram qəbul olunub. Lakin həmin standartda belə bir müddəa da var ki, çəkini sifarişçilərlə istehlakçılar öz aralarında da müəyyən edə bilər. Yəni istənilən çəkidə çörək istehsal etmək olar. Bu sözləri qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.

Beləliklə ölkədə belə bir standartın olması nə dərəcədə işə yarayır bunu hər kəs görür. Sadəcə işimiz qalır çörəkçilərin ümidinə.