Oreşkin Azərbaycanda körpü açdı

24 Dekabr, 2019 16:16 | İqtisadiyyat | Baxış sayı: 106
Körpü açılışı
Körpü açılışı

Rus nazir iki ölkə arasındakı əlaqələrdən danışıb

“Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi bu il 25 faiz artıb. Bu rəqəm xarici ticarət əlaqələri sırasında ən yüksək göstəricilərdəndir. Digər ölkələrlə buna yaxın göstəricilərimiz yoxdur". Bunu bu gün Samur çayı üzərində yeni avtomobil körpüsünün açılışı zamanı Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin deyib.

Rusiyalı nazir bildirib ki, ölkələrimiz arasında əlaqələr uğurla inkişaf edir:

"Bu da Azərbaycanla qarşılıqlı münasibətlərimizin addım-addım inkişaf etdiyini göstərir. Ölkələrimizin insanları, şirkətləri arasında əlaqələr güclənir. Azərbaycanla Rusiya arasında qarşılıqlı turist axını da artmaqdadır. Buna görə də müvafiq infrastruktur da paralel olaraq inkişaf etdirilməlidir. Bu körpü ölkələr arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq. Bu isə, öz növbəsində yeni iş yerlərinin açılmasına təkan verəcək. Körpü həm də böyük sosial əhəmiyyətə malikdir. Layihənin icrası növbəti perspektiv planlara yol açır. Yeni infrastruktur layihələrinin həyata keçirilməsi ölkələrimizi daha da yaxınlaşdıracaq”.