OPEK bazarda neft artıqlığını azaltmağa ümid edir

24 Dekabr, 2018 10:27 | İqtisadiyyat | Baxış sayı: 34
İran - Avropa neft tankeri
İran - Avropa neft tankeri

Gözlər OPEK+ ölkələrinə dikəlib

OPEK+ ölkələri daha əvvəl səsləndirilən yeni neft hasilatı üzrə qərarı diqqətlə nəzərdən keçiriblər, lakin zəruri olduqda alyans sazişin fəaliyyət müddətini uzada bilər və ya neft hasilatını daha çox azalda bilərlər.

İstiPress-in məlumatıan görə, bu sözləri OPEK-in prezidenti, BƏƏ-nin energetika naziri Suheyl əl-Mazrui deyib.

S. əl-Mazrui bildirib: "Əgər qərarın daha 6 ay müddətinə uzadılması lazım olarsa, biz bunu edəcəyik, əgər daha çox azaltmaq lazım olarsa - biz həmişə müzakirə edirik və düşünülmüş qərara gəlirik".