Nefti dayandıra bilmirlər

24 Noyabr, 2018 11:20 | İqtisadiyyat | Baxış sayı: 117
Neft
Neft

"Qara qızıl"ın qiyməti sürətlə aşağı düşür

Dünya birjalarında neftin qiyməti sürətlə ucuzlaşmaqda davam edir. Son bir neçə ayda ilk dəfə olaraq qiymət 58 dollara kimi enib. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 3,80 dollar geriləyərək 58,80 dollar olub. 

Bu markadan olan "qara qızıl" hətə ərzində 12 faiz dəyər itirib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 4,21 dollar ucuzlaşaraq 50,42 dollara təklif edilir.