Azərbaycanda bu işçilər vergidən azad oldu

24 Noyabr, 2017 15:54 | İqtisadiyyat | Baxış sayı: 353
Azərbaycan manatı
Azərbaycan manatı

Vergi Məcəlləsinə yeni dəyişikliklər

Azərbaycanın xaricdəki səfirlik və konsulluqlarında çalışan ticarət nümayəndələri və onların aparat işçiləri rəsmi məşğulluqdan olan gəlir vergisindən azad edilir.

İstiPress-in məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinin 102-ci (Gəlir vergisindən azadolmalar və güzəştlər) maddəsinə əlavələr edilir.

Maddənin birinci hissəsində gəlir vergisindən azad edilənlər sırasına “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri və onların aparatlarının işçilərinin rəsmi məşğulluğundan olan gəlir” də əlavə edilir.

Layihə Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

APA