Neft bahalaşır, Azərbaycanın "qara qızıl"ı isə...

24 Oktyabr, 2018 10:19 | İqtisadiyyat | Baxış sayı: 99
Neft
Neft

Dünya birjasında artım 0,28 dollar civarındadır

Dünya birjalarında neftin qiyməti bahalaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,28 dollar artaraq 76,72 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,09 dollar bahalaşaraq 66,52 dollara qalxıb. 

Azərbaycan neftinin qiymətində isə ucuzlaşma müşahidə olunur. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,08 dollar ucuzlaşaraq 78,46 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollar olub.