Azərbaycanın çoxdan gözlədiyi xəbər - pulumuz artacaq

24 Sentyabr, 2018 16:11 | İqtisadiyyat | Baxış sayı: 248
Neft
Neft

"Qara qızıl"ın qiyməti 100 dollara kimi bahalaşa bilər

Birjalarda xam neftin qiyməti 100 dollar/barrelə çata bilər. Bu proqnozla Asiya-Sakit Okean Neft konfransında iştirakı zamanı “Mercuria” əmtəə ticarət şirkətinin rəhbəri Daniel Jaeggi çıxış edib. O bildirib ki, ABŞ-ın İrana qarşı tətbiq edəcəyi sanksiyaların öz təsirini hiss etdirməyə başlaması ilə neftin bir barrelinin qiyməti bu ilin sonunda və ya 2019-cu ilin əvvəlində 100 dollara çata bilər.

Qlobal neft tələbatı ilk dəfə gündəlik 100 milyon barrelə yaxınlaşarkən, Venesuela, Liviya və Nigeriyada istehsaldakı ləngimələr bazarda neft çatışmazlığı yaradır.

“ABŞ-ın sanksiyaları ilə əlaqədar bu ilin dördüncü rübündə bazarda gündəlik 2 milyon barrelədək kəsir yaracaq. Hazırda bazarda sutkada 2 milyon barrelədək boşluğu kompensasiya edəcək təchizatçı yoxdur”.

Xatırladaq ki, ABŞ-ın İranın əsasən neft ixracını hədəf alan ikinci sanksiya paketi noyabrın 5-də qüvvəyə minəcək.

Bu arada “Brent” markalı xam neftin bir barrelinin qiyməti 2014-cü ildən bu vaxtadək ilk dəfə 80,60 dolları keçib. “Light” markalı xam neftin bir barrelinin qiyməti isə son 4 ilin maksimumuna çataraq yenidən 72 dolları ötüb.

“Qara qızıl”ın qiymətindəki bu sıçrayışa səbəb kimi Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələrinin (OPEC+) Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) Əlcəzair görüşündə gündəlik hasilatın 1 milyon barrel artırılması üzrə kvotaya baxılmaması göstərilir.