Ticarət müharibəsi qızışdı

24 Avqust, 2019 10:43 | İqtisadiyyat | Baxış sayı: 43
ABŞ və Çin arasında ticari savaş
ABŞ və Çin arasında ticari savaş

ABŞ yenə Çin məhsullarının rüsumunu qaldırır

ABŞ prezidenti Donald Tramp yenə Çin məhsullarını hədəfə alıb. O Çindən idxal edilən mallara rüsumları artırmaq qərarına gəlib. Bu addımı o Pekinin Amerikadən idxal edilən avtomobillərə və onların ehtiyat hissələrinə rüsumların artırmasına cavab olaraq atıb. 

 Bu barədə ABŞ lideri özünün "Twitter"dəki səhifəsində yazıb.

"Çinin 75 milyard dollar (bu qiymətdə Amerika məhsullarına) yeni rüsumlar tətbiq etməsi lazım deyildi. Oktyabrın 1-dən başlayaraq, Çinin 250 milyard dollarlıq mallarına, hansılar ki, hazırda 25% vergi rüsumları tətbiq edilir, 30% vergi rüsumları qoyulacaq.

Bundan başqa, Çindən qalmış 300 milyard dollarlıq məhsullara, hansılar ki, sentyabrın 1-dən 10 faiz tarif qoyulacaqdı, həmin məhsullara 15% tariflə vergi tətbiq ediləcək".