AZAL Nyu-York reysini ləğv edəsi olmadı

24 İyul, 2019 09:01 | İqtisadiyyat | Baxış sayı: 27
AZAL təyyarəsi
AZAL təyyarəsi

Buta isə Bakı-Tiflis reysinin hərəkət cədvəlini dəyişdi

“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək. AZAL-dan verilən məlumata görə, donanmanın texniki imkanlarının optimallaşdırılmasını və sərnişinlərin çoxsaylı istəklərini nəzərə alaraq, “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Nyu-York uçuşlarını daha bir il müddətinə dayandırmamağı qərara alıb.

Beləliklə, Bakıdan Nyu-Yorka birbaşa reyslər Azərbaycanın milli aviadaşıyıcısının qış cədvəli çərçivəsində davam edəcək.

Qeyd edilib ki, Bakı- Nyu-York reysləri (“JFK” hava limanı) həm 2019/2020-ci ilin qış cədvəli, həm də 2020-ci ilin yay cədvəli çərçivəsində həftədə 2 dəfə olmaqla (bazar ertəsi və şənbə günləri) komfortlu "Boeing 787 Dreamliner" təyyarələri ilə yerinə yetiriləcək.

Azərbaycanın aşağı büdcəli aviaşirkəti "Buta Airways" isə Gürcüstanın hava məkanından istifadənin məhdudlaşdırılması ilə əlaqədar Bakı-Tbilisi reysinin hərəkət cədvəlinə dəyişiklik edib. Gələn ay bəzi uçuşlar aşağıda göstərilən qrafikə uyğun olaraq həyata keçiriləcək.

3-9 avqust (yerli vaxtla):

J2 9223 (Bakı-Tbilisi) – Uçuş: 11:10, Enmə: 12:20

J2 9224 (Tbilisi-Bakı) – Uçuş: 13:20, Enmə: 14:30

3-5 avqust (yerli vaxtla):

J2 9225 (Bakı-Tbilisi) – Uçuş: 23:10, Enmə: 00:20