ABŞ-dan gələn xəbərlər nefti bahalaşdırdı

24 İyul, 2019 10:31 | İqtisadiyyat | Baxış sayı: 51
Neft
Neft

"Qara qızıl"ın qiyməti 64 dolları keçib

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,24 dollar artaraq 64,07 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,27 dollar bahalaşaraq 57,04 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,09 dollar ucuzlaşaraq 65,25 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Məlumata görə, bahalaşma ABŞ-da neft ehtiyatlarının azalması və İran dronunun vurulması xəbərləri fonunda baş verir.