Neft niyə ucuzlaşır?

24 May, 2019 09:40 | İqtisadiyyat | Baxış sayı: 43
Neft
Neft

ABŞ-ın bir açıqlaması "qara qızıl"ın 6 faiz dəyər itirməsinə yol açıb

Neftin qiyməti Birləşmiş Ştatlarının xam neft ehtiyatlarının artması fonunda ucuzlaşır. Ötən hesabat həftəsində ABŞ-ın neft ehtiyatları 4,7 milyon barrel artaraq 476,8 milyon barrel olub. Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 3,7 milyon barrel artaraq 228,7 milyon barrelə çatıb. Bütün bu artan göstəricilər fonunda dünya birjalarında neftin qiyməti təxminən 1,6 faizədək ucuzlaşıb.

Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 69,79 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 60,39 dollara alıcı axtarır.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,66 dollar ucuzlaşaraq 74,20 dollar təşkil edib.