Azərbaycan plastik qablaşdırmadan imtina edir

24 Aprel, 2019 15:18 | İqtisadiyyat | Baxış sayı: 231
Plastik qablaşdırma
Plastik qablaşdırma

İstehsalda alternativ üsullar tətəbiq ediləcək

“Dünyada bərk məişət tullantılarının tərkibində plastik tullantıların xüsusi çəkisi artmaqdadır”.

İstiPress-in məlumatına görə, bunu Bakıda keçirilən "Falcons Summit Balu 2019" konfransında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib.

"Əgər 1960-cı illərdə bərk məişət tullantılarının tərkibində plastik tullantıların xüsusi çəkisi 1% idisə, hazırda bu rəqəm 12%-dir. Bu sahədə vəziyyəti mürəkkəbləşdirən amillərdən biri plastik tulantıların təbiətdə min illər ərzində parçalanmadan ilbəil artmasıdır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə edilmədikdə ətraf mühiti və su hövzələrini çirkləndirir, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafına mane olur”,- o qeyd edib.

Bundan başqa, nazir müavini deyib ki, 2019-2021-ci illərdə Azərbaycanda həyata keçirilməsi planlaşdırılan Tədbirlər Planında alternativ üsulla qablaşdırmanın tətbiqi nəzərdə tutulur.