Prezident İranla olan razılaşmanı təsdiqlədi

24 Aprel, 2018 09:08 | İqtisadiyyat | Baxış sayı: 93
 İlham Əliyev sərəncam imzalayıb
İlham Əliyev sərəncam imzalayıb

Azərbaycanla İran arasındakı memorondum təsdiqləndi. Prezident İlham Əliyev Energetika Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənməsi haqqında 2018-ci il martın 28-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edib. Fərmanda deyilir: 

Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti onun müddəalarının həyata keçirilməsini təmin etsinlər.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətinə bildiriş göndərsin.