İran Azərbaycanın quruyan gölünə 240 milyon dollar ayırdı

24 Aprel, 2018 15:20 | İqtisadiyyat | Baxış sayı: 160
Urmiya gölü
Urmiya gölü

İran hökuməti Cənubi Azərbaycanda qurumaqda olan Urmiya gölünün bərpası üçün  240 milyon dollar dəyərində layihələrə start verib. 

İstiPress-in məlumatına görə, Təbrizdə ictimaiyyət qarşısında çıxış edən H.Ruhani qurumaqda olan Urmiya gölünün bərpasına kömək edəcəyinə də söz verib.

"Biz Urmiya gölünün bərpası, Azərbaycan dilinin inkişafı, idman və "Traktorsazi" klubu ilə bağlı verdiyimiz vədlərin arxasındayıq. Əgər hökumətin 2013-cü ildən indiyədək etdiyi çalışmalar olmasaydı, Urmiya gölündən əsər-əlamət qalmazdı” – deyə o, söyləyib.

O vəd edib ki, prezidentlik müddətinin başa çatacağı 2021-ci ilədək Urmiya gölündə suyun səviyyəsi bir metr artacaq.