ABŞ sanksiyaları Azərbaycanı necə varlandırır?

24 Aprel, 2018 10:25 | İqtisadiyyat | Baxış sayı: 211
Neftçi
Neftçi

Neft bahalaşır

Neft dünyada baş verən siyasi hadisələr fonunda dəyərini artırmağa davam edir. İstiPress-in məlumatına görə, ABŞ-ın İrana qaraşı yeni sanksiyalar tədbiq edə biləcəyi haqqında xəbərlərdən sonra “Brent” markalı neftin bir barrelinin qiyməti 2014-cü ildən indiyədək ilk dəfə 75 dolları keçib.

Qiymət 2014-cü il noyabrın 27-dən bu vaxtadək ilk dəfə 75 dollar/barreli ötüb. “Light” markalı xam neftin bir barrelinin qiyməti isə 69 dolları keçib.

Hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 75,09 dollara, “Light”ın bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 69,19 dollara alıcı axtarır.

Azərbaycan neftinin qiyməti 75 dolları keçib. "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,29 dollar və ya 0,39% artaraq 75,25 dollar təşkil edib.