Neft 70 dolları keçdi

24 Mart, 2018 11:17 | İqtisadiyyat | Baxış sayı: 79
Neft
Neft

Neft bir müddətlik ucuzlaşmadan sonra yenidən bahalaşmağa başlayıb. Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,17% artaraq 65,05 dollar təşkil edib.

"Brent" markalı neftin qiymətində də artım qeydə alınıb. Bu markadan olan "qara qızıl"ın qiyməti 1,54 dollar bahalaşaraq 70,45-ə çatıb. 

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,06 dollar və yaxud 0,08% azalıb. "Azeri LT CIF" markalı neftin qiyməti 70,74 dollar/barelə bərabərdir. 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.