Bakıdan İrana təyyarə reysləri dayandırılacaq?

24 Fevral, 2020 14:41 | İqtisadiyyat | Baxış sayı: 51
“Buta Airways”
“Buta Airways”

AZAL koronavirusa görə açıqlama yaydı

"Buta Airways" aviaşirkəti hazırda İran istiqamətində yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır". Bu barədə məlumat “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilib. 

Məlumatda qeyd edilir ki, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır.

AZAL prezidenti Cahangir Əsgərov bildirib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda və Azərbaycanın digər hava limanlarında “İran Air” aviaşirkəti tərəfindən yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq.

Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Azərbaycan Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirib, bu istiqamətdə əlavə tədbirlər görüləcək.