Paşinyan xilas üçün İrana qaçır

24 Fevral, 2019 16:08 | İqtisadiyyat | Baxış sayı: 600
Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistanın yeni hökuməti vəziyyəti xalqdan gizlədir

Ermənistan baş naziri Nikol Paşinyanın fevralın 27-də baş tutacaq İran səfərinin gündəliyi gizli saxlanır.

İstiPress "Sputnik"ə istinadən bildirir ki, Ermənistan iqtisadi inkişaf və sərmayələr naziri Tiqran Xaçaturyanın sözlərinə görə, səfərin gündəliyi Paşinyan Tehranda təyyarədən endikdən sonra açıqlanacaq.

Ermənilərin açıqladığı ilkin ehtimallara görə, səfərdə məqsəd Meğridə İranla birlikdə azad ticarət zonasının açılması dayanır. Erməni tərəfinin iddiasına görə, İranla sadələşdirilmiş recimdə ticarət əlaqələri qurulduqdan sonra 7 min adda malın idxal-ixracı gerçəkləşdiriləcək, İrandan Gürcüstana və Avropaya qaz nəqli barədə danışıqlar aparılacaq və s.

Amma Ermənistandakı real vəziyyətlə yaxından tanış olanların əksəriyyəti bilir ki, bütün bu açıqlananlar söz yığınından başqa bir şey deyil. Ermənistanda sənaye yoxdur və o, qonşu Türkiyə və İrana nisbətən baha başa gələn kənd təsərrüfatı mallarını İran bazarına ixrac etmək qabiliyyətində deyil, çünki rəqabət qabiliyyətli ola bilməz.

Ermənilərin İrandan Avropaya xəyali qaz ixracı planı
Ermənilərin İrandan Avropaya xəyali qaz ixracı planı

İran qazının Gürcüstana və Avrorpaya ixracından da söz gedə bilməz. Ermənistana qaz ixracı üçün çəkilmiş Təbriz-Meğri kəməri ilə Ermənistana ildə maksimum 1 milyard kubmetr qaz idxal etmək mümkündür ki, bu da Ermənistanın öz tələbatından xeyli aşağıdır. Reallıqda isə İran Ermənistandana bunun 30 faizi qədər qaz verir, çünki Ermənistan iqtisadiyyatı həmin qaza pul vermək gücündə deyil və qazı elektrik enicisi ilə barter edirlər.

Amma vəziyyətlə dərindən tanış olduqda Paşiyanı qərbin sanksiyaları ilə üzləşmiş İran üçün bu çətin məqamlarda Tehrana üz tutmağa yetərincə ciddi səbğəblərin məcbur etdiyini anlamaq olur. Hər halda, Rusiyaya dəstək üçün Suriyaya qoşun göndərdikdən sonra ABŞ tərəfindən boykot edilən Ermənistan İranla iş birliyindən sonra daha ciddi təzyiq altına düşəcək.

Bununla belə, Ermənistan KİV-lərinin yazdığından belə anlaşılır ki, Rusiyanın hələ ki, etibarını qazana bilməyən Paşinyanın pul istəməsi üçün İrandan  başqa ünvan qalmayıb. Məsələ bundadır ki, İrəvanda dərc olunan  "168 jam" qəzetinin yazdığına görə, fevralın sona çatmasına baxmayaraq Ermənistanda onsuz da cüzi  olan pensiyalar və müəllim maaşları verilməyib. Çünki 2018-ci il büdcəsi böyük kəsirlə yerinə yetirilib və Ermənistanın yeni hökuməti bunu xalqdan gizlədir. Paşinyan böyük ehtimalla İrandan borc almağa gedir ki, müəllimlərə və pensiyaçılara yanvar pullarını versin ki, onlar acından qırılmasınlar.