“Procter and Gamble" Bakıda mərkəz yaradacaq

24 Yanvar, 2020 09:10 | İqtisadiyyat | Baxış sayı: 23
Görüş
Görüş

Şirkət Orta Asiya və Uzaq Şərqə doğru genişləndirmək niyyətindədir

Davosda səfərdə olan prezident İlham Əliyev “Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel ilə görüşüb. Loik Tassel görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, son illərdə Azərbaycanda həyata keçirilən islahatları, xüsusilə biznes sahəsində mühasibatlılığın və şəffaflığın artırılması, vergi və gömrük sahələrində islahatların ümumi rəqabət mühitinə verdiyi müsbət töhfəni yüksək qiymətləndirdi. Bildirildi ki, bu, “Procter and Gamble Europe” şirkətinin ölkəmizdəki fəaliyyətinin inkişafı üçün çox önəmli amildir. Azərbaycanın bugünkü biznes mühitinin bütün xarici investorların öz fəaliyyətlərini genişləndirmələri üçün çox əlverişli imkan yaratdığını deyən Loik Tassel rəhbəri olduğu şirkətin ölkəmizdəki biznes və sosial fəaliyyəti barədə danışıb.

Prezident İlham Əliyev gələcəkdə də Azərbaycanda xarici investorlar üçün biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlərin görüləcəyini vurğulayıb. 

Söhbət zamanı bildirildi ki, “Procter and Gamble Europe” şirkəti fəaliyyətini Orta Asiya və Uzaq Şərqə doğru genişləndirmək niyyətindədir və regional mərkəz olaraq məhz Bakı şəhəri seçilib.