"Pensiya üçün staj məhdudiyyəti aradan qaldırılacaq” – Səlim Müslümov

24 Yanvar, 2017 14:50 | İqtisadiyyat | Baxış sayı: 876
Səlim Müslümovun mətbuat konfransı
Səlim Müslümovun mətbuat konfransı

Nazirdən açıqlama

Azərbaycanda əmək pensiyası üçün staj məhdudiyyəti aradan qaldırılacaq.

İstiPress-in xəbərinə görə, bunu keçirdiyi mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O bildirib ki, hazırda qanunvericilikdə 12 illik stajı olmayan şəxslər onun fərdi hesabında nə qədər məbləğ yığılmasından asılı olmayaraq pensiya düşmür: “Milli Məclisə bununla bağlı yeni qanun layihəsi təqdim edilib. Artıq baza hissəsi deyilən anlayış aradan qalxacaq. Yeni qanun layihəsində əmək pensiyalarının hesablanması baxımından staj məhdudiyyəti yoxdur” deyə nazir bildirib.