Rusiyada şaxtada partlayış - 9 nəfər öldü

23 Dekabr, 2018 18:15 | İqtisadiyyat | Baxış sayı: 55

Ölənlərin dumandan zəhərləndiyi bildirilir

Rusiyanın Perm bölgəsinin Solikamsk şəhərində şaxtada partlayış baş verib.

İstiPress “TASS”a istinadən xəbər verir ki, 17 mədənçinin çalışdığı "Uralkaliya"potaş şaxtasında 8 nəfər dağıntılar altından çıxmağa nail olsa da, 9 işçi dünyasını dəyişib.

Ölənlərin dumandan zəhərləndiyi bildirilir. Hazırda ölənlərdən 3-nün cəsədi çıxarılıb. Prokuorluq şaxtanı işlədən şirkət haqqında araşdırmalara başlayıb.

Prezident Vladimir Putin vəziyyəti nəzarətə götürüb.